Hacıhətəmlidə vətəndaşların səyyar qəbulu
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov sosial şəbəkədə etdiyi paylaşımda vətəndaşlarla növbəti səyyar qəbul-görüşün rayonun Hacıhətəmli kəndində keçirildiyi qeyd olunub.
Başçı bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.
Əksər qəbul-görüşlərdə olduğu kimi, rayonun Hacıhətəmli kəndində keçirilən qəbulda da vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb, həlli üçün müvafiq tapşırıqlar verilib.
Başçı səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin hər birinin müsbət həlli istiqamətində iş aparılacağını vurğulayıb.
“İsmayıllı xəbərləri”


