Təhsil sektoruna müdir təyin edilib
Dağlıq Şirvan Regional Təhsil İdarəsi müdirinin müvafiq əmrinə əsasən Məmmədov Rəşid Azər oğlu İsmayıllı Rayon Təhsil Sektorunun müdiri vəzifəsinə təyin edilib.
Yeni təyin edilən sektor müdiri bu gün Təhsil Sektorunun kollektivinə təqdim edilib. Təqdimat mərasimində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, idarənin müdir müavini Həmid Qasımov və ATİAHİ-nin İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov iştirak edib.
Təyinat tədbirində çıxış edənlər bu seçimin düzgünlüyündən, R.Məmmədovun İsmayıllı təhsilindəki uğurlu xidmətlərindən söz açıblar. Yeni sektor müdiri ona göstərilən etimada görə rəhbərliyə, eləcə də uzun illər çalışdığı kollektivin üzvlərinə minnətdarlıq edib, ümidləri doğruldacağını bildirib.
Qeyd edək ki, Rəşid Məmmədov bundan əvvəl İsmayıllı Rayon Təhsil Sektorunda metodist vəzifəsində çalışırdı.
Rəşid müəllimi təbrik edir, ona bu çətin və şərəfli işində uğurlar arzulayırıq.
“İsmayıllı xəbnərləri”


