Məişət zorakılığı mərhəmətsizlikdən doğur
Dekabr ayının 22-də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə” mövzusunda seminar keçirilib.
Seminarda İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor müavini Çingiz Aslanov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov, İsmayıllı şəhər (2) məscidinin imamı Röya Balayev, eyni zamanda kollecin müəllim və tələbələri iştirak ediblər.
Mövzu ətrafında edilən çıxışlarda məişət zorakılığının mərhəmətsizlikdən doğulması fikri müxtəlif hədis və əhvalatlarla gənclərin diqqətinə çatdırılıb.
Seminar dinləyiciləri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
A.Səmədov