Gündəlik fəaliyyətin ayrılmaz parçası
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən rayonun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam etməkdədir.
Kəndlərin hər birində olmaq, vətəndaşları diqqətlə dinləmək, imkanlar daxilində narazılıq doğuran məsələlərin həllinə çalışmaq rayon rəhbərliyinin gündəlik fəaliyyətinin ayrılmaz, ən vacib parçasını təşkil edir.
II Yeniyol kəndi rayonun kiçik kəndlərindən biridir. Gözəl təbiətə malik bu kənddə xüsusi narahatlıq doğuracaq sosial məsələlər olmasa da RİH-nin başçısı Nahid Bağırov rayonun hüquq-mühafizə orqanları, eləcə də xidməti müəssisə rəhbərləri ilə birgə keçirilən qəbulda vətəndaşların müraciətlərini diqqətlə dinləyib. Yerində həll olunan məsələlər razılıqla qarşılanıb. Araşdırma və vaxt tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üzrə müvafiq tapşırıqlar verilib.
“İsmayıllı xəbərləri”