Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!      Ümummilli lider Heydər Əliyev

İsmayıllı xəbərləri”  17-20 (593-596) may 2023-cü il

  İsmayıllılar Ulu öndəri dərin sevgi və ehtiramla anırlar                     

 

Bütün ömrünü sədaqət və fədakarlıqla xalqına həsr edən Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ölkəmizdə, o cümlədən İsmayıllıda geniş şəkildə qeyd olundu.

10 may 2023-cü il tarixdə müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə İsmayıllı rayonunda hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, şəhid ailələri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ehtiram əlaməti olaraq ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edildi, önünə gül dəstələri düzüldü.

Dahi şəxsiyyətin bütün həyat və fəaliyyətinin tariximizə qızıl hərflərlə yazıldığını tam dolğunluğu ilə bilən ismayıllılar ulu öndər Heydər Əliyevin abidəsini axşam saatlarına qədər ziyarət etdilər.

 

Sən dahi, Sən xilaskar…

 

Sözə nədən başlayım,

Adına tən sözmü var?

Sənsən Günəşim, Ayım,

Sənsən cismimdə vüqar!

 

Sən – Milli lider, Öndər,

Sən – dahi, Sən – xilaskar!

Oldun əbədi rəhbər,

Ən ünlü, ali memar.

 

Güvəndi dar günündə,

Sənə bu el, bu millət!

Sən bu xalqın önündə,

Qazandın əbədiyyət!

 

Qovuşdurdun bu yurdu,

Dönməz müstəqilliyə!

Ellər xariqə qurdu-

Yaşasın Heydər! – deyə.

 

Əzminlə arxa durdun,

Böyük türk dünyasına.

Vaxtında möhür vurdun,

Namərdlərin yasına!

 

Yerlə göyün arası,

Zəkanın önündə mat.

Düşmənlərin yarası-

Qurduğun gözəl həyat!

 

Bizə miras qoymusan

Keçdiyin şanlı yolu.

Sənsən canımızda can,

Sənsən uludan ulu!

 

Sənə sevgi, ehtiram,

Ürəkdəndir, dərindir.

Azərbaycanla İlham –

Qoşa, şah əsərindir!

Şahməmməd Dağlaroğlu

 

 

 

 

 

 

 

Şərh Yaz