İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun bayram təbriki

 

 

Dəyərli dostlar!

 

Sizi, 28 May – Müstəqillik Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş və səmimi arzularımı çatdırıram.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yenidən qurulmuş müasir Azərbaycanda dövlətçilik özünün yüksək zirvəsinə çatıb. Bu gün ölkəmiz Heydər Əliyev ideyalarının siyasi varisi, müasir Azərbaycanın uzaqgörən lideri, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, iqtisadi, hərbi, siyasi, mənəvi gücünü günbəgün artırır, xalqımız xoşbəxt gələcəyə doğru irəliləyir.

28 May – Müstəqillik Günü münasibətilə bir daha hər birinizi təbrik edir, torpaqlarımızın bütövlüyünü və xoşbəxt günlərin sevincini birlikdə yaşamaqla möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməyi arzulayıram.

Müstəqilliyimiz əbədi və sarsılmaz olsun!

Müstəqillik günümüz mübarək!

 

 

Şərh Yaz