Yol düzgün seçiləndə     

       

İsmayıllı şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının məsum fidanları və tərbiyəçi müəllimləri ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illliyinə həsr “Körpələr bizim gələcəyimizdir” adlı möhtəşəm yubiley tədbiri keçirdilər. Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon sektoru üzrə nümayəndələri  Ülviyyə Zeynalova və Sevda Cahangirova da iştirak edirdi. Tədbir Ülu öndəri ürəkdən sevən körpələrin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlandı.

Daha sonra Ulu öndərin uşaqlar haqqında fikirləri elə uşaqların dili ilə də iştirakçılara çatdırıldı. Tədbirdə müxtəlif yaş qruplarının tərbiyəçi müəllimləri – Zümrüd Məhərrəmovanın, Nahidə Zahidovanın, Günel Kalimulovanın, Asiya Xankişiyevanın, Rəfiqə İbadovanın və Samirə Məlikovanın təşkilatçılığı ilə Ulu öndərə aid rəngarəng, müxtəlif kompozisiyalar nümayiş etdirildi. Uşaqların istedadı hesabına hazırlanmış maraqlı proqram həm də özlərinin böyür sevincinə səbəb oldu.  Tədbirdə iştirakı olan hər kəs ürəkdən sevinməklə yanaşı,  həm də layiqli təşəkkür qazandı.

May ayının 5-də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon sektorunun təşkilatçılığı ilə şəhərin 3 nömrəli məktəb-liseyində keçirilən ümumrayon tədbirində də fidanlarımız iştirakı və çıxışı alqışlarla qarşılandı. Həmin gün fidanlarımız “El atası” mahnısının musiqi sədaları altında rəqs etdilər.

İsmayıllı Dövlət Peşə Tədris Mərkəzində may ayının 12-də keçirilən “Açıq qapı” tədbirində də balaca dostlarımız onlara ayrılan vaxtdan layiqincə istifadə edərək əyləndilər, oynaq musiqiləri rəqslərlə canlandırdılar. Fəallıqlarına görə aldıqları hədiyyələrə də ürəkdən sevindilər.

Azyaşlıların bu kimi tədbirlərdə iştirakı onların fəallığını artırmaq, istedad və bacarıqlarını düzgün istiqamətləndirilməsində atılan ilkin addımlardandır. Söz yox ki, düzgün seçilən yolun uğurlu, sevindirici nəticələri olar.

Tükəzban Məmmədova,

İsmayıllı şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

 

Şərh Yaz