“Qan verib, can qurtaraq” aksiyası keçirilib     

 

May ayının 23-də İsmayıllı Rayon İcra Hakimiyyəti, Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə rayonun Heydər Əliyev adına Mədəniyyət Mərkəzində könüllü qanvermə aksiyası keçirilib.

Respublikada artıq ənənə halını alan bu nəcib aksiyaya İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri və əməkdaşları, eləcə də rayon sakinləri qoşulublar.

 

 

Şərh Yaz