Yenə birincisən, təbrik edirik, Çilənay    

                   

5 may 2023-cü il tarixdə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Qayıdışa zəmin yaradan Ulu öndər” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin yekunlarına həsr edilmiş tədbir keçirilib.

Məktəblilər arasında I yerin qalibi İsmayıllı rayon M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Çilənay Babalı seçilib.

Çilənayı təbrik etməklə bərabər, qeyd edək ki, 30 mart-25 aprel tarixlərində gənc yazarlar və məktəblilər arasında keçirilən “Böyük Qayıdışa zəmin yaradan Ulu öndər” mövzusuna həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsinə 50-dən çox rayondan və Naxçıvan MR-dan 175 yazı daxil olmuş və təqdim edilən məqalələrin münsiflər heyəti tərəfindən dəyərləndirilməsi nəticəsində qaliblər müəyyən edilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz