Mühasibat uçotu

     

15 may 2023-cü il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya  Kollecində mühasibat uçotu ixtisası üzrə 5222 qrupda ingilis dili fənnindən “A Japanese day” adlı dərs təşkil olundu. Dərsin məqsədi tələbələrdə dünyagörüşünü formalaşdırmaq, onlarda müstəqil işləmək bacarıqlarını aşılamaq, dünya ölkələri barədə məlumat əldə edib, ünsiyyət bacarıqlarını genişləndirmək olub.

Tələbələr Yaponiyanın inkişaf etmiş, qabaqcıl texnologiyaya sahib bir ölkə olmasından söhbət açıblar. Yapon milli geyimi, yapon mətbəxi, İsmayıllı və Yaponiyanın İto şəhərinin qardaşlıq münasibətləri barədə topladıqları məlumatları slayd şəklində təqdim ediblər. Tələbələr həmçinin əyani şəkildə yapon milli geyimlərini də nümayiş etdirdilər. Yapon mətbəxinin ənənəvi yeməyi olan sushinin necə yeyilməsi barədə video təqdimata baxdıqdan sonra, qrup şəklində çubuqlar vasitəsilə yapon mətbəxi məhsulunun dadına baxdılar.

Tələbələr dərsdə ingilis dilində yeni sözlər və ifadələr öyrənməklə yanaşı, daha bir ölkənin, tarixi, mədəniyyəti, mətbəxi barədə yeni məlumatlar öyrəniblər.

Şərh Yaz