Yüksək biliklilər qalib olub    

12 may 2023-cü il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Beynəlxalq Tibb Bacısı Günü” münasibəti ilə tibb bacısı (qardaşı) işi ixtisası tələbələri arasında “Xəmsə” bilik yarışı keçirilib. Seçmə mərhələsində iştirak edən 12 komandadan “Serotonin”, “Exopink”, “Medicine” və “Aritmiya” komandaları qalib gələrək, final turuna vəsiqə qazanıblar.

Final iştirakçıları müxtəlif mövzuları əhatə edən suallardan ibarət raundlarda biliklərini sınağa çəkiblər.

Final mərhələsində “Serotonin” komandasının üzvləri hərtərəfli biliklərə daha yüksək səviyyədə malik olduqlarını nümayiş etdirə biliblər.  Yüksək biliklə yarışının qalibi olan komanda kollecin rəhbərliyi tərəfindən Diplom və hədiyyələrlə təltif olunub.

Kərim Boyaqçızadə

Şərh Yaz