“Şahin”lərimiz finalda 

                   

Göyçay rayonunda “Şahin” hərbi idman oyunu üzrə keçirilən zona yarışında İsmayıllı komandası (Diyallı kənd tam orta məktəb) I yeri tutaraq finala vəsiqə qazanıb.

Zona yarışında Mərkəzi Aran İqtisadi Rayonu üzrə Mingəçevir şəhəri, Ağdaş, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları, Dağlıq Şirvan iqtisadi Rayonu üzrə Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları və Şəki şəhəri iştirak edib.

Qalibiyyətlə geri dönən komandamız İsmayıllı rayon Mərkəzi Meydanda qarşılanıb.

İsmayıllı rayonunu zona yarışında layiqincə təmsil etdiyinə görə komanda üzvlərinə və məşqçi müəllimlərə təşəkkür elan olunub.

“Şahin”lərimizə final mərhələsində də qələbə arzulayırıq.

İsmayıllı xəbərləri”

Şərh Yaz