Yoluxucu xəstəliklərin qarşısı peyvəndləmə ilə alınır

               

2 may 2023-cü il tarixində İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində “Avropa immunlaşdırma həftəsinin” yekunları Tibbi Şuranın növbəti iclasında Şura üzvləri, kənd səhiyyə işçilərinin iştirakı ilə geniş müzakirə edilib.

İclasda RMX-nın rəhbərliyi ilə yanaşı, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru X.Qəmbərov və həkim-epidemioloqu E.Bağırov iştirak edirdilər.

İlkin olaraq GEM-in həkim-epidemioloqu Elbrus Bağırov idarəolunan yoluxucu xəstəliklərinin qarşısının alınmasının yalnız peyvəndləmə yolu ilə mümkün olmasından, peyvəndin ölümcül xəstəliklərə qarşı orqanizmdə yaratdığı immun sistemi haqqında iştirakçılara məlumat verdi.

İlkin Səhiyyə Xidməti şöbəsinin müdiri Maya Məmmədova “Avropa immunlaşdırma həftəsi”nin yekunlarına dair çıxış edərək həftə ərzində rayon üzrə müxtəlif səbəblərdən peyvəndlənmədən kənarda qalan 45 nəfər uşağın peyvənd olunduğunu bildirərək, bundan sonra da idarəolunan xəstəliklərin qarşısının alınması üçün peyvəndlənmə işininin mütəşəkkil aparılmasının vacibliyi haqqında məruzə ilə çıxış etdi.

Həmçinin iclasda gündəlikdə olan digər məsələlər:

2023-cü ildə rayon ərazisində vərəmlə mübarizə tədbirlərinin aparılması, 2023-cü ilin 3 ayı ərzində ölüm və doğum göstəriciləri, o cümlədən 2023-cü ilin 3 ayı ərzində RMX-da çarpayı planının yerinə yetirilməsi vəziyyəti müzakirə olundu.

Sonda RMX-nın direktoru Vidadi Rəhimov ilk öncə 07.04.2023-cü il tarixində TƏBİB-in direktoru Vüqar Qurbanovun Tibb müəssilərinin rəhbərləri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri ilə keçirdiyi görüş haqqında geniş məruzə ilə çıxış etdi. Direktor keçirilən görüşdə müzakirə olunan məsələlər- ictimaiyyətlə əlaqələr işinin mövcud tələblərə uyğun keyfiyyətli təşkili, vərəm xəstəliyinin yayılmasının qarşısının alınması, ana və uşaq ölümünün azaldılması, uşaqlarda peyvəndlənmə işinin keyfiyyətli təşkilinin vacibliyi və qarşıda duran digər məsələlər haqqında Şura iştirakçılarını məlumatlandırdı. Ailə Sağlamlıq Mərkəzlərinin, Həkim Tibb Məntəqələrinin, Tibb Məntəqələrinin rəhbərlərinə işlərində məsuliyyətli olmaları, verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə ciddi yanaşmaları barədə tövsiyyə və göstərişlərini verdi.

 

 

Şərh Yaz