Maraqlı anların yaşandığı tədbir

İsmayıllı Dövlət Peşə Tədris Mərkəzində “Açıq qapı” günü keçirilib. Açıq qəlbli insanların arasında “Açıq qapı günü”ndə maraqlı anlar yaşanıb.
Keçirilən tədbirin xoş məramı iştirakçıların ürəyincə olub. Çünki məqsəd peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmaq, gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu bir seçim olduğunu xatırlatmaq, eləcə də artıq müxtəlif peşələrə yiyələnmiş gənclərin bacarıqlarını nümayiş etdirmək.
Tədbirin iştirakçıları bu gözəl tədbirə görə təhsil ocağının rəhbəri Cəlil Bağırova və pedaqoji kollektivə minnətdarlıq ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz