Maarifləndirici tədbir maraqla qarşılanıb 

 

    Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən qrant müsabiqəsinin qalibi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri (AQMƏVŞA) ictimai birliyi İsmayıllıda “Sosial siyasət və bu sahə üzrə Qanunlar” mövzusunda təlim-təqdimat xarakterli seminar keçirib.

İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan təlimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı, Əfqan Səlimov, RİH başçısının İsmayıllı şəhəri üzrə nümayəndəsi Əlişir Süleymanov, AQMƏVŞA ictimai birliyinin sədri Mehdi Mehdiyev, Birliyin İsmayıllı rayon filialının sədri Vidadi Zərbiyev, sosial qanunlar üzrə maariflənməyə daha çox ehtiyacı olan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarından bir qrupu iştirak edib.

Tədbirdə Ulu öndərin, torpaqlarımızın azadlığı uğrunda şəhid oğulların əziz  xatirəsi dərin ehtiramla yad olunub.

Mövzunun mahiyyətini açıqlayan geniş məruzədən sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Bundan əlavə iştirakçılara AQMƏVŞA ictimai birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çap etdirdiyi “Sosial siyasət və bu sahə üzrə Qanunlar” adlı maarifləndirmə kitabçaları paylanılıb. Tədbir maraqla qarşılanıb.

İsmayıllı xəbərləri”

Şərh Yaz