Bizdən tələb olunan borc

2 may 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində İsmayıllı bələdiyyəsinin iş planına uygun, təşəbbüs və dəstəyi, İsmayıllı Dağlıq Şirvan Təhsil İdarəsinin İsmayıllı Rayon Sektoruna daxil İsmayıllı şəhər məktəbləri rəhbərlərinin yaxından köməkliyi ilə baş tutan rəsm müsabiqəsinə İsmayıllı Rayon Rəsm Qalareyasında “Ulu öndər Heydər Əliyevin ömür yoluna rənglərlə baxış” adlı rəsm müsabiqəsinə yekun vurulub.

İsmayıllı şəhər məktəblərini təmsil edən balaca rəssamlarının müsabiqəyə təqdim etdikləri rəsmlərini qalareyanın direktoru təcrübəli rəssam İkram İsmayılov qiymətləndirib.

Mükafatların təqdim olunmasından öncə bələdiyyənin sədri Pərviz Ağayev Ulu öndərin həyatından, İsmayıllı rayonu ilə bağlı səfərlərindən, sənət adamlarına olan dərin hörmət və sevgisindən danışıb. Qeyd edib ki, zaman keçdikcə, Ulu öndərin böyüklüyü daha aydın görünür. Onun ideyalarına sadiq qalmaq bizim müqəddəs vətəndaşlıq borcumuzdur. Bu borcu ödəmək bizdən Onun layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməyi tələb edir.

Qaliblərə çəkdikləri rəsmlərin tutduğu yerə görə İsmayıllı bələdiyyəsinin Diplom və qiymətli hədiyyələri, fərqlənən iştirakçılara Diplomlar təqdim olunub.

Bələdiyyə qulluqçuları, qalareya əməkdaşları və valideynlərin də müşayəti ilə keçən tədbirin sonunda Ulu öndəri qəlbən sevən müsabiqə iştirakçıları xatirə şəkli çəkdiriblər.

Ülkər Əsədova

 

 

Şərh Yaz