İsmayıllı RİH-də yeni təyinat                

 

İsmayıllı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Belə ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun müvafiq Sərəncamına əsasən Eyyub Əfşər oğlu Musayev RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Eyyub Əfşər oğlu Musayev 20 yanvar 1981-ci ildə İsmayıllıda anadan olub.

2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin biznesin inzibatçılığı üzrə bakalavr, 2007-2010-cu illərdə həmin universitetin sosial sahələrin iqtisadiyyatı  üzrə magistr təhsili alıb.

2012-2016-cı illərdə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 21 elmi məqalənin müəllifidir.

20 iyun 2006-cı ildən İsmayıllı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində aparıcı məsləhətçi olaraq işə başlayıb. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında sektor müdiri, DSMF İsmayıllı Rayon Şöbəsində şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb.

Ailəlidir, 1 övladı var.

E.Musayevi təbrik edir, yeni işində uğurlar arzulayırıq!

 

Şərh Yaz