Qadınlara qayğı həmişə diqqət mərkəzində olub                 

 

6 mart 2023-cü il tarixdə İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbində müəllimlərdən Kəmalə Mustafayeva və Jalə Qədirovanın təşkilatçılığı ilə “Heydər Əliyev və dövlət qadın siyasəti” adlı tədbir keçirilib.

Tədbirdə Mədəniyyət İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri  vəzifəsini müvəqqəti icra edən Mayıl Fərəcov, məktəbin direktoru Bəhruz Həşimov çıxışlarında Azərbaycanda qadın hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi, mədəniyyət və incəsənət sahəsində çalışan qadınlara diqqət və qayğının artırılmasının ulu öndər Heydər Əliyev tərəfindən həmişə diqqət mərkəzində saxlanıldığını qeyd ediblər.

Tədbir məktəb şagirdlərin hazırladığı maraqlı konsert proqramı ilə davam edib.

İsmayıllı xəbərləri”

Şərh Yaz