Nailiyyətləri artırmağa çalışırıq                    

 

İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində rayonun Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə RİH Başçısı Nahid Bağırov, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və rayonun idman sahəsində fərqlənən gənclər iştirak edib.

İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Onlar abidə önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Rayonun Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edən RİH başçısı  qeyd edib ki, ölkəmizdə idman sahəsindəki uğurların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu uğurlu başlanğıc hazırda idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı göstərən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Ölkə idmanında İsmayıllı idmançılarının əldə etdiyi sevindirici uğurların da yer alması sevindirici haldır və bu sahədəki nailiyyətləri daha da artırmağa çalışırıq.

Daha sonra İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edib və bildirib ki, bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır.

Tədbirin sonunda idman nailiyyətlərinə görə bir qrup idmançıya Fəxri fərmanlar təqdim edilib və xatirə şəkli çəkilib.

Rəvanə Firudinova

Şərh Yaz