Ümumxalq işi diqqətdədir

Mart ayı tarixi, əlamətdar, eləcə də bayram günləri ilə zəngindir. Ayın ilk günü Mülki-Müdafiə günüdür. Bu münasibətlə İsmayıllıdakı Heydər Əliyev Mərkəzində Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin təşkilatçılığı ilə 1 Mart – Ümumdünya Mülki-Müdafiə Gününə həsr olunmuş “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu “ mövzusunda tədbir keçirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin Mülki-Müdafiə İdarəsinin və RİH-nin əməkdaşları, idarə və müəssisə rəhbərləri, idarələrdə mülkü-müdafiə işinə cavabdeh şəxslər iştirak edib.
Qeyd edək ki, 1 Mart – Ümumdünya Mülki-Müdafiə Günü ilə əlaqədar təkcə rayon mərkəzində deyil, təhsil müəssisələri və digər aidiyyəti qurumlarda da tədbirlər keçirilib.