Açıq dərs dinləmələri davam edir
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində açıq dərslərin təşkili davam edir. 6 mart 2023-cü il tarixində turizm işinin təşkili ixtisası üzrə təhsil alan 1921 qrupunda ingilis dili fənni üzrə “Ölkələrə səyahət” mövzusunda açıq dərs keçirilib.
Müəllim Günel Muradovanın keçdiyi açıq dərsdə kollecin bir qrup müəllimi də iştirak edib. Dərs müasir tələblər səviyyəsində qurulmaqla, videoçarxlardan və slaydlardan da istifadə olunub. Tələbələrin ölkələr haqqında hazırladığı təqdimatlar maraqla qarşılanıb.
Müəllim tələbələrin ixtisasına uyğun olaraq ingilis dilində ünsiyyətin qurulması, turizmə aid terminlərdən düzgün istifadə edilməsi və bunun üçün də söz ehtiyatlarını artırmağın mühüm olduğunu əyani şəkildə nümayiş etdirib.
Qrafikə uyğun olaraq açıq dərslərin, qarşılıqlı dərs dinləmələrin təşkili davam edir.