Şəhid ömrünün 35-ci baharı                

 

2022-ci ilin sentyabr ayının 12-si gecə, 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədildi.

Genişmiqyaslı təxribatın qarşısı alınarkən İsmayıllı rayonunun İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Ordusunun Sərhəd Xidməti Qoşunlarının zabiti, leytenant Səmədov Elnur Sədaqət oğlu  da qəhrəmancasına şəhid olanlardan biri oldu..

Şəhid leytenant Səmədov Elnur Sədaqət oğlu bir yaz günündə anadan olmuşdu. Sağ qalsaydı əzizləri ilə bərabər ömrünün 35-ci baharını qeyd edəcəkdi…

Şəhidlər unudulmur və unudulmayacaq. Şəhidin anadan olmasının 35 illiyi təhsil aldığı A.Aslanov adına  İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbində keçirilib. Yüksək səviyyədə təşkil olunan və keçirilən xatirə tədbirində şəhidin ailə üzvləri, rayon ictimaiyyəti, şəhid ailələri, məktəbin müəllim və şagird heyəti iştirak edib.

Tədbirdə çıxış edənlərin hər biri şəhidlərimizin ölməzliyi və unudulmazlığından, göstərdikləri şücaət və qəhrəmanlıqlardan danışıblar. Məktəblilər vətənə, qəhrəmanlara, şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.

Şəhidin valideynləri  E.Səmədovun məktəbdəki  xatirə guşəsi önündə şəkil çəkdiriblər.

Təranə Məmmədova,

məktəbin müəllimi

Şərh Yaz