Daim yad ediləcək, nəsillərə örnək olacaqlar
Bahar təravətli 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin anaları, bacıları, xanımları və qız övladları ilə görüşüb.
RİH-i başçısı Vətən torpaqlarının azadlığı və bütövlüyü uğrunda yüzlərlə İsmayıllı gəncinin amansız, mənfur düşmənə qarşı qəhrəmanlıqla döyüşdüyünü qeyd edib. Adları Vətən tarixinə qızıl hərflərlə yazılan ölməz şəhidlərimizin heç zaman unudulmayacağını, daim hörmət və ehtiramla yad ediləcəyini, onların gələcək nəsillərə örnək kimi təqdim olunacağını bildirib.
Başçı bizi qəhrəman, mübariz xalq kimi tanıdan, sevincini yaşadığımız tarixi Qələbənin şəhidlərin, qazilərin qanı və canı bahasına əldə edildiyini vurğulayıb. Belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə şəhid analarına təşəkkür edib.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən səmimi görüşdə iştirak edən xanımlara bayram hədiyyələri təqdim olunub.
Sonda unudulmayacaq tədbirdən xatirə şəkli çəkilib.
“İsmayıllı xəbərləri”