Qəbulların mühüm rolu
Mart ayının 15-də İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərinin qəbulu keçirilib.
Qəbulda iştirak edənlərin müraciətləri dinlənilib.
Qəbula gələn sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyi vətəndaşların diqqətinə çatdırılıb. Qəbul edən tərəf olmaqla aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğu bildirilib.
Keçirilən qəbulların vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində mühüm rol oynadığı bir daha qeyd olunub.