ELAN!!! İsmayıllı rayon sakinlərinin nəzərinə!

Mərkəzi İcra  Hakimiyyəti orqanları rəhbərlərinin 2023-cü ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq, 15 mart 2023-cü il tarixdə, saat 10:00-da Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli ədliyyə müşaviri cənab Kamran Əliyev tərəfindən İsmayıllı, Qobustan, Şamaxı, Qəbələ və Oğuz rayon sakinlərinin qəbulu keçiriləcəkdir.

Qəbula gəlmək istəyən İsmayıllı rayon sakinləri İsmayıllı rayon prokurorluğuna müraciət edərək, qeydiyyatdan keçməlidirlər.

İsmayıllı rayon prokurorluğu

 

 

 

Şərh Yaz