Peşə bayramı qeyd olunub                        

 

İsmayıllıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 11-ci ildönümü qeyd olunub.

Həmin gün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, SHXÇDX-nin İsmayıllı rayon şöbənin rəisi polkovnik-leytenant Əfran Nəbiyev, eləcə də şöbənin əməkdaşları tərəfindən ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib. Abidə önünə güllər düzülüb.

Kollektiv ziyarətdən sonra N.Bağırov SHXÇDX-i İsmayıllı rayon şöbənin əməkdaşlarını əlamətdar gün münasibəti ilə təbrik edib, onlara məsul və şərəfli işlərində uğurlar arzulayıb.

İsmayıllı xəbərləri”

Şərh Yaz