Məsələlərin qısa vaxtda həllinə diqqət artır                   

 

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması dövlət-vətəndaş münasibətlərinə yetərincə təminat verir.

Məhz bu baxımdan ölkə Prezidenti tərəfindən qarşıya qoyduğu vəzifələr, ona göstərilən etimada məsuliyyətlə yanaşma İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun gündəlik  fəaliyyətinin əsasını təşkil edir.

Başçının tez-tez rayonun fərqli yaşayış məntəqələrində vətəndaşlarla səyyar qəbulların keçirməsi də elə bu davamlı məqsədin nəticəsidir.

Keçirilən görüşlərdə hüquq-mühafizə orqanları, xidmət idarələri rəhbərlərinin iştirakı qaldırılan məsələlərin qısa vaxtda həllinə diqqəti daha da artırır. Fevral ayının 23-də Mücühəftəran kəndində keçirilən görüş də səmimi anlaşma şəraitində keçib. Kənd sakinləri görüşə görə razılıq ifadə ediblər.

Belə görüşlərin rayonun bütün kənd və qəsəbələrində keçiriləcəyi RİH-nin illik iş planına daxil edilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz