Roman müzakirə olunub                                                 

 

İsmayıllı Rayon Mərkəzi Kitabxanasında “Mütaliəçilər” kitab klubunun üzvlərinin iştirakı ilə Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” romanının müzakirəsi keçirilib.

Öncə kitabxananın əməkdaşı Şirinova Leyla Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı haqqında məlumat verib. Sonra əsərin qəhrəmanları mütaliəçilər tərəfindən təhlil edilib və hərə öz fikrini söyləyib.

Vətəni dərin məhəbbətlə sevən böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin 1937-ci ildə qələmə alıdığı və ilk dəfə 1964-cü ildə «Qan içində» adı ilə işıq üzü görən «İki od arasında» romanı xalqının iki böyük qonşu dövlətin Rusiya ilə İranın məngənəsində qaldığından, bundan ciddi ziyan çəkdiyindən bəhs edilmişdir.

Romanın əsas qəhrəmanlarından biri böyük söz ustadı M.P.Vaqifdir.

Molla Pənah Vaqif 29-30 yaşlarında Şuşaya gələndə yalnız bir molla kimi tanınır, arabir gözəlləri oxşayan şeirlər yazırdı. Ancaq bir gün çobanın istəkli köpəyinə dua yazdırması və bu duanın İbrahim xan tərəfindən görülərək yazan şəxsin saraya gətirlməsi əmri Vaqifin gözə çarpmasına səbəb olur.

Əsərdə Vaqifin şair təbiəti, xalqa yaxınlığı, uzaqgörən diplomat olması geniş şəkildə təsvir olunmuşdur.

Esmira Mikayılova

 

Şərh Yaz