Şəhidin adı əbədiləşdirilib                       

 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi dövlətimizin və xalqımızın ümdə vəzifələrindən biridir.

İsmayıllı şəhərinin Abbas Səhhət küçəsində böyüyüb boya-başa çatmış, İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Ramil Musayevin adının yaşadığı küçəyə verilməsi təşəbbüsü ilə İsmayıllı rayon İcra Hakimiyyətinin Adqoyma Komissiyasına müraciət edən şəhid ailəsi üzvlərinin xahişi nəzərə alınaraq, RİH başçısının sərəncamı ilə “Ramil Musayev” adlandırılan küçəyə “Abbas Səhhət”,  Abbas Səhhət küçəsinə isə Ramil Musayevin adı verilmişdir.

Hər iki küçənin qeydiyyata alınması üçün müvafiq sənədlər Asərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunub.

İsmayıllı RİH-i başçısı aparatının Memarlıq və tikinti  şöbəsinə həmin küçələrin başlanğıc və son koordinatları əks olunan xəritəsini hazırlamaq tapşırılıb.

“İsmayıllı xəbərləri”

 

Şərh Yaz