20 Yanvar faciəsinə həsr olunmuş inşa-yazı müsabiqəsi           

 

Yanvar ayının 17-də Heydər Əliyev Mərkəzində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı sektoru, İsmayıllı Rayon Gənclər İdman İdarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib.

Əvvəlcə qan yaddaşımıza əbədi həkk olunan 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova keçirilən tədbirin məqsəd və mahiyyəti barəsində ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən və müstəqilliyə qovuşmaq üçün şəhid verməyə hazırlığının bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

S.Əhmədova çıxışında 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolunun böyük olduğunu bir daha qeyd edərək, bu istiqamətdə görülən işlərin Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.

Tədbirdə çıxış edən tarixçi müəllim Rəşadət Abdulov 20 Yanvar faciəsinin tarixi barədə məktəblilərə və tədbir iştirakçılarına məlumat verib.

Sonra məktəblilər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Daha sonra müsabiqəyə start verilib. Qaliblərə diplomlar təqdim olunacağı bildirilib.

Şərh Yaz