İnsanlığa qarşı törədilmiş cinayət pislənilib         

 

Yanvar ayının 18-də İsmayıllı RMX PHŞ-də 20 Yanvar faciəsinin 33-cü il dönümü münasibətilə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nəsimi Teymurovun iştirakı ilə tədbir keçirilib.

İlk öncə azadlığımız, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə RMX-nın direktoru Vidadi Rəhimov açıb. O bildirib ki, 20 Yanvar faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir və bu hadisəyə ilk dəfə hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib.

Sonra xəstə xidmətləri şöbəsinin müdiri Günay Zeynalova 20 Yanvar hadisələri barədə geniş məlumat verib.

RİH-nin nümayəndəsi N.Teymurov 20 Yanvar hadisələrini gerçəkləşdirən məqsədlərdən, eləcə də ortaya çıxan nəticələrdən söz açıb.

RMX-nin poliklinika şöbəsinin müdiri Fuad Cəbrayılov 20 Yanvar hadisələri ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Danışılanlardan bir daha bəlli olub ki, 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş amansız  bir cinayət olub.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz