“Yerlə göyün arasında” kitabının təqdimatı keçirilib

 

Fevral ayının 16-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda AYB-nin üzvü, Prezident təqaüdçüsü, həmyerlimiz – İsmayıllı rayonunun Qurbanəfəndi kənd sakini, şairə Turac Hilalın üçüncü, “Yerlə göy arasında” adlı kitabının imza günü, təqdimat mərasimi keçirilib.

Tədbirin aparıcısı “Tərəqqi” medallı bədii qiraət ustası Pünhan İsmayıllı H.Turacı çağdaş ədəbiyyatımızın öncüllərindən biri kimi tədbir iştirakçılarına təqdim etdi.

T.Hilalın şeirlərini sevən, yaradıcılığına dəyər verən, respublikanın bütün bölgələrini təmsil edən təqdimat iştirakçıları – təqdimata xüsusi özəllik və gözəllik verən qələm, söz və sənət  adanları onu yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edib, ona yeni yaradıcılıq uğurları diləyiblər.

Şairə xanım təşkil olunan təqdimetməyə görə AYB-nın məsul əməkdaşlarına,  kitabının ərsəyə gəlməsində zəhməti olanlara, görüşə gələn, şeirlərini əzbərdən söyləyən qələm dostlarına minnətdarlıq edib.

İsmayıllı xəbərləri”

Şərh Yaz