Sahibkarlıq, karyera yüksəlişi diqqət mərkəzindədir

İsmayıllı rayonunda “Gələcək Naminə İctimai Birliyi”nin vəİsmayıllı Regional Gənclərin Resurs Mərkəzi”nin birgə təşkilatçılığı ilə “Regional Gənclərin II İnkişaf Forumu” keçirilib. Tədbir öncəsi ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

İsmayıllı Rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbir ərazi bütövlüyünün qorunmasında canlarını qurban verən şəhidlərimizin xatirəsinin ehtiramla anılması ilə davam edib.

Forumda Regionda gənclərin inkişafı üçün yaradılmış imkanlar, təhsil-sənaye əməkdaşlığının arzuedilən nəticələri, sahibkarlıq, karyera yüksəlişində dövlətin gənclərə dəstəyi və digər mövzularda panel müzakirələr təşkil edildi.

Regional Gənclərin II İnkişaf Forumu”nda iştirak edən Spikerlər gəncləri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, “Regional Gənclərin II İnkişaf Formunda” İsmayıllı DPTM-in tələbələrinin əl işlərindən ibarət sərgi də nümayiş etdirilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz