Güclülər qalib olub

5 yanvar 2023-cü il tarixdə İsmayıllı Olimpiya-İdman Kompleksində “Birlikdə üzək” adlı üzgüçülük yarışının mükafatlandırma mərasimi keçirilib.

Yarışda iştirak edən bir qrup həvəskar üzgüçüyə sertifikat və medallar təqdim edilib. 30 dəqiqə ərzində ən uzun məsafəyə üzən iştirakçılar qalib olublar. Onlara hədiyyə olaraq hovuzdan yararlanmaya abunəlik təqdim edilib.

Bakıdakı Su İdmanı Sarayından sonra yarışmada ən çox iştirakçı Mingəçevirdəki “Kür” Olimpiya-Tədris İdman Mərkəzi və İsmayıllı Olimpiya-İdman Kompleksində qeydə alınıb.

İsmayıllı Olimpiya-İdman Kompleksində ən yüksək nəticələri göstərən həmyerlilərimiz 50-59 yaşlılar arasında Baba Həsənov, 30-34 yaşlılar arasında Həbib Cəfərli və Xətai Daşdəmirli, 25-29 yaşlılar arasında isə Elçin Mirzəcanlı olub.

Qaliblər Bakı Su-İdmanı Sarayında Gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən diplom və medallarla təltif ediliblər.

İsmayıllı Olimpiya-İdman Kompleksində keçirilən yarışın gənc qalibləri də nəticələrinə görə sertifikatlarla həvəsləndiriliblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz