Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq
Ulu öndərin dünyaya gəlişi, həyat və fəaliyyəti, yaşadığı hər gün, qurub-yaratdığı qüdrətli Azərbaycan böyük sevgiyə layiqdir. Azərbaycan xalqı Ulu öndəri sağlığında sevdiyi kimi, haqq dünyasına qovuşduqdan sonra da xatirəsini əziz tutur, dərin ehtiramla yad edir.
Əksər idarələr, müəssisə təşkilatlar kimi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin kollektivi də xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ideyalarını, məqsəd və məramını dəstəkləyir, ölkənin çiçəklənməsi naminə öz töhfələrini verməyə çalışır.
İllər ötdükcə qədirbilən Azərbaycan xalqı Ulu öndərin gördüyü işləri daha yüksək qiymətləndirir, onun müəyyən etdiyi yolla getməyə üstünlük verir.
Kollektiv Ulu öndərin vəfatının 19-cu ildönümü münasibətilə rayonun mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.
Tədbir iştirakçıları bildiriblər ki, vəfatından ötən illər bu dahi şəxsiyyəti bizə daha yaxından tanıdır. Öndərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.
Elmir Ağayev