Zaman əzmlə çalışmağı, vətənpərvər olmağı tələb edir

İsmayıllı bələdiyyəsinin bir qrup üzvü və qulluqçuları dekabr ayının 12-də iş gününə ulu öndər Heydər Əliyevin əziz xatirəsini sükut dəqiqəsi elan etməklə başlayıblar.

Bələdiyyə sədri Pərviz Ağayev Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Sədr Ulu öndərin tariximizin parlaq səhifələrinə istiqamətlənmiş siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, həmçinin bildirib ki, hazırda zaman bizdən əzmlə çalışmağı, vətənpərvər olarağı, Prezidentin ətrafında daha sıx birləşməyi tələb edir. Dərin ehtiramla anımdan sonra tədbir iştirakçıları Ulu öndərin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə tər qərənfillər düzüblər.

Ülkər Əsədova,

bələdiyyənin əməkdaşı

Şərh Yaz