Onun irsini öyrənmək borcumuzdur

12 dekabr 2003-cü il… Azərbaycan xalqına ağır itki üz verdiyi gün. Bu gün xatirələrimdə dərin izlər buraxıb. Bu gün ulu öndərimiz Heydər Əliyevin vəfat etdiyi gündür. Onunla vidalaşdığımız  gündür.
Vida m
ərasimində iştirak edənlər arasında mən də var idim. Ona görə də bu vida mərasimini çox yaxşı xatırlayıram. Üzündə qəm, kədər, göz yaşı olan böyük bir insan axını; vətəndaşları, xarici vətəndaşlar ulu öndər Heydər Əliyevin cənazəsi qoyulduğu Respublika sarayına tərəf irəliləyirdi. Bu insan “selinə” baxdıqca xalqın rəhbərə olan sevgisinin, inamının bir daha şahidi oldum.
Bir anda g
özlərim önündə heç vaxt unudulmayacaq rəhbərin həyat və fəaliyyəti canlandı. Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Motodronda keçirilən ilk mitinqdə mən də iştirak edirdim. Onun mitinqdəki cəsarətli, qətiyyətli, inamlı çıxışı bir daha bizdə Azərbaycanın müstəqilliyinin əbədi olacağına inam yaratdı.
Ulu
öndərin özünün yaratdığı məktəbin məzunu olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalq tərəfindən sevilir, dövləti inamla idarə edir, iqtisadi yüksəlişə nail olur. Əhalinin sosial vəziyyəti ildən-ilə  yaxşılaşır. Azərbaycan ziyalısı xoşbəxtdir ki, bu gün cənab prezidentimiz İlham Əliyevin elm, təhsil, mədəniyyət xadimlərinə, yaradıcı insanlara qayğı ilə yanaşır. Azərbaycan gəncliyin savadlı, bilikli, intelektual səviyyədə yetişməsi üçün dövlətin ata biləcəyi bütün addımları maksimum reallaşdırır. Ziyalı sözü və ziyalının özü daim Azərbaycan dövlətinin və dövlət başçısının diqqət mərkəzindədir.
Ali Ba
ş Komandan kimi İlham Əliyev ata vəsiyyətinə ləyaqətlə əməl etdi. 30 ilə yaxın erməni işğalında olan Qarabağ, xüsusilə Şuşa şəhəri erməni işğalından azad olundu.
Ulu
öndərimiz Heydər Əliyevin xatirəsi illər keçsə də daha da əbədiləşir, qəlblərdə yaşayır. Həmişə xatirəsini hörmətlə yad etdiyimiz, əziz tutduğumuz, əbədiyaşar ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətini yaddaşlarımızda bir daha canlandırmaqla onun irsini daim öyrənmək bizim borcumuzdur. Təqdirəlayiq haldır ki, 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Azərbaycan xalqı ulu öndərimiz Heydər Əliyevin xatirəsini həmişə əziz tutur, hörmətlə yad edir, yaşadır və nəsil-nəsil yaşadacaqdır.
Bu yaz
ımı Heydər Əliyevin dediyi kimi yekunlaşdırıram “Azərbaycanın müstəqilliyi sarsılmazdır, dönməzdir, əbədidir. Bizdən gələcək nəsillərə müstəqil Azərbaycan qalacaq”.
Allah ulu
öndər Heydər Əliyevə rəhmət eləsin, ruhu şad olsun.
Yaşar Nuriyev,

İsmayıllı Rayon Ağsaqqallar Şurasının üzvü

Şərh Yaz