Korrupsiyaya qarşı birgə mübarizə aparaq

Cəmiyyətin istənilən sahəsində inkişafa mane olan əsas faktorlardan biri kimi korrupsiya müasir dövrümüzdə dünyanı narahat edən problemlərdəndir. Korrupsiyanın mövcudluğu ümumbəşəri və milli dəyərləri sarsıtmaqla hüquqi və demokratik dövlət quruculuğuna, cəmiyyətin mütərəqqi inkişafına mənfi təsir göstərir, insan hüquq və azadlıqlarının pozulmasına şərait yaradır. Ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur.

Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən köklü islahatların əsas istiqamətlərindən birini də korrupsiyaya qarşı mübarizə təşkil edirdi. Bu gün isə həmin mübarizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə aparılır, korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. Hazırda ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır.

Ölkəmizdə son illərdə əsas strateji hədəflərə çatmaq üçün beynəlxalq miqyasda və ölkə daxilində görülmüş məqsədyönlü, düşünülmüş tədbirlər nəticəsində istər sosial-iqtisadi inkişaf, istərsə də hüquqi-institusional zəmin baxımından əhəmiyyətli irəliləyişə nail olunmuşdur. Korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu inkişafın başlıca amilləridir.

Korrupsiya sözü latın mənşəlidir, “corruption” – “xarab etmə”, “pisləşmə”, “dağılma” mənalarını verir.

Korrupsiyanın hüquqi cəhətdən tərifini milli qanunvericilikdə və beynəlxalq sazişlərdə də tapmaq olar. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda korrupsiyanın aşağıdakı anlayışı verilmişdir: “Korrupsiya – vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır”. Avropa Şurasının «Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında» Konvensiyasında korrupsiyanın anlayışı aşağıdakı kimi müəyyən edilib: “Bu Konvensiyanın məqsədləri üçün «korrupsiya» dedikdə, hər hansı vəzifənin normal yerinə yetirilməsini, yaxud da rüşvəti, qeyri-qanuni üstünlüyü və ya bu barədə vədi alandan tələb edilən davranışı pozan rüşvətin və ya hər hansı digər qeyri-məqbul üstünlüyün və ya bu barədə vədin birbaşa və ya dolayısı ilə istənilməsi, təklif edilməsi, verilməsi və ya alınması başa düşülür”.

Bir çox hallarda korrupsiyanı və rüşvətxorluğu eyniləşdirirlər. Lakin bəzi normativ aktlarda və beynəlxalq təşkilatların tövsiyəvi xarakterli nəşrlərində rüşvətxorluq korrupsiyanın yalnız bir növü kimi aydın göstərilir. Məsələn, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 33-cü fəsli “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” adlanır və bu fəslə 13 müxtəlif cinayətləri təsvir edən maddələr daxildir ki, onların yalnız ikisi hərfi olaraq rüşvətxorluğa aiddir – rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq).

Potensial olaraq cəmiyyət üçün daha təhlükəli və sanksiyası daha ağır olan passiv rüşvətxorluq “vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi” kimi təsvir edilib.

Korrupsiya əleyhinə mübarizə və şəffaflığın artırılması sahəsində ixtisaslaşmış beynəlxalq təşkilat – “Beynəlxalq Şəffaflıq” təşkilatının dərc etdiyi “Beynəlxalq şəffaflığın sadə dil rəhbərliyi”ndə korrupsiyanın anlayışı “həvalə edilmiş səlahiyyətlərdən şəxsi mənfəət üçün sui-istifadə” kimi verilmişdir.

Korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. Hazırda ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır.

Ölkəmizdə son illərdə əsas strateji hədəflərə çatmaq üçün beynəlxalq miqyasda və ölkə daxilində görülmüş məqsədyönlü, düşünülmüş tədbirlər nəticəsində istər sosial-iqtisadi inkişaf, istərsə də hüquqi-institusional zəmin baxımından əhəmiyyətli irəliləyişə nail olunmuşdur. Korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu inkişafın başlıca amilləridir.

Korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlılığını təmin etmək, həmçinin korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması məqsədilə ölkə başçısının 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilmişdir.

Fəaliyyət Planında korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlər və məqsədlər dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, özəl sektorda beynəlxalq standartlar əsasında antikorrupsiya standartlarının formalaşdırılması, müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi və aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsidir.

Asim Musayev,

Zaqatala Hərbi peokurorunun böyük köməkçisi, ədliyyə mayoru

Şərh Yaz