Sədrin birinci müavini vətəndaşlarla görüşüb

Dekabrın ayının 23-də Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.

DGK-nın müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda İsmayıllı və Ağsu rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Görüş zamanı Ş.Bağırov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Şərh Yaz