Gənclərə sağlam həyat tərzi aşılamaq vacibdir

İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev adına Parkda ümummilli lider Heydər Əliyevin anım gününüə həsr olunmuş ”Qol güləşi”  idman növü üzrə rayon birinciliyi keçirilib.

Tədbir ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, qol güləşi üzrə perspektivli idmançıları aşkarlamaq, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək, gənclərə sağlam həyat tərzi aşılamaq məqsədilə keçirilib.

Tədbirdə görkəmli siyasi xadim və ümummilli lider Heydər Əliyevin istər Azərbaycan xalqının mənəvi dünyasına, istərsə də idman həyatına əvəzsiz xidmətlərindən söz açılıb. Keçirilən bu və ya digər idman tədbirlərinin reallaşdırılmasında park ərazisində əlverişli şəraitin olduğunu və gənclərin, idmançıların asudə vaxtlarının təşkil edilməsinə, idmana olan marağın artırılmasına bilavasitə xidmət göstərdiyi bildirilib.

 Sağlam və ədalətli mübarizə şəraitində keçən, 60-a yaxın iştirakçının qatıldığı  birincilikdə yüksək nəticə əldə edən iştirakçılar tədbir təşkilatçıları tərəfindən diplom və medallar ilə təltif olunublar.

 Sonda iştirakçılarla birlikdə xatirə şəkli çəkilib.

Şərh Yaz