Hər cür şərait yaradılmış, diqqət göstərilmişdir

3 Dekabr – Beynəlxalq Əlillər Günü ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da geniş şəkildə qeyd olunur. Ölkəmizdə əlillərə daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Möhtərəm Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amili dayanır, əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət göstərilir.

44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi, bu möhtəşəm qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərildi. Əlilliyi olan şəxslər üçün cənab Prezidentin tapşırığına əsasən hər cür şərait yaradılmış, onların qaldırdığı problemlərin həllinə daim diqqət göstərilmişdir.

İsmayıllıda da əlillərlə mütəmadi görüşlər keçirilir, onların problemlərinin həllinə diqqət yetirilir. Bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Şərh Yaz