Nitq ləngiməsi əlamətləri məsələsi aparıcı mövzu olub

16 dekabr tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Uşaqlarda nitq və psixoloji problemlərin erkən aşkarlanması” mövzusunda təlim keçirilib.

Təlimdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşları, bağça və İcma Əsaslı Məktəbəqədər Təhsil qruplarının tərbiyəçiləri və ümumtəhsil müəssisələrinin pedaqoqları iştirak ediblər.

Təlimdə uşaqlarda kiçik yaşlardan başlayan nitq ləngiməsi, psixoloji problemlərin ilkin əlamətləri, valideyn-uşaq münasibətləri və s. kimi məsələlər aparıcı mövzu olub. Ünsiyyət terapiyasının nitq problemi olan uşaqlar üçün vacibliyi haqqında geniş danışılılıb.

Diskussiya şəklində davam edən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara müvafiq məsləhətlər verilib.

Şərh Yaz