Həmrəylik və vətənpərvərlik tədbirin aparıcı mövzusu olub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İlə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər iştirak edib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün vacibliyi, bu bayramın əhəmiyyəti, uşaqların vətənpərvərlik ruhunda böyüməsinin önəmi tədbirin aparıcı mövzusu olub.

Tədbirdə mərkəzdən bəhrələnən uşaqlara, şəhid və qazi ailələrinin övladlarına qarşıdan gələn yeni il münasibətilə hədiyyələr paylanılıb. İştirakçılar öz rəqs bacarıqlarını nümayiş etdirib, Yeni ilə həsr olunmuş şeirlər söyləyiblər.

Şərh Yaz