Məsuliyyətli və intellektual cəmiyyət üçün önəmli turnir

İsmayıllı İntellektual Oyunlar Klubu olaraq 1 il ərzində ümumilikdə 87-ci turnirimizə yekun vurduq.

Əziz və dəyərli sosial şəbəkə dostlarım, bu gün mənim və intellektual gənclər üçün çox önəmli bir layihənin təşkilatçılığına şahid olduq.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, İsmayıllı İntellektual Oyunlar Klubu və Basqal Resort Hotelin birgə təşkilatçılığı ilə “Regional Azərbaycan Çempionatı” layihəsi 28 komandanın iştirakı ilə qalibin kimliyinə aydınlıq gətirildi.

Bu layihənin həqiqətən çox məsuliyyətli və intellektual cəmiyyət üçün önəmli turnir olduğunu gördüm. Qısa zamanda bu layihəni ən yüksək səviyyədə təşkil etdiyimiz üçün öncə komandama, daha sonra isə regionun intellektual gənclərinə təşəkkür edirəm.

Çempionatın reqlamentinə əsasən 45 suallıq Nə? Harada? Nə zaman? və ən yaxşı nəticə göstərən 8 komanda arasında “Xəmsə” oyunu təşkil edildi. Ümumi reytiq xalına əsasən Lənkəran şəhərinin “ATOM” komandası III yerə, Gəncə şəhərinin “Mindhunters” komandası II yerə və 2022-ci il üzrə region çempionu Gədəbəyin “Liberland” komandası layiq görüldü. Bütün komandalara iştiraklarına görə təşəkkür edirik.

A.Manaflı

Şərh Yaz