İsmayıllıda növbəti “Nümayəndə günü”

İsmayıllı Rayon İcra Hakimiyyətində İƏD-i üzrə nümayəndələrin iştirakı ilə növbəti dəfə “Nümayəndə günü” keçirilib.

İclasda gündəlikdə duran məsələlər müzakirə olunub. Gündəlikdə duran məsələlərin əsasını İƏD üzrə nümayəndəliklərin “Rəqəmsal İcra Hakimiyyəti portalı”ndan istifadəsi, qanunsuz tikililər, əmək intizamı və qarşıda duran cari məsələlərin həlli istiqamətində görüləcək işlər təşkil edib.

Qeyd olunan məsələlərlə əlaqədar İƏD üzrə nümayəndələrlə müzakirələr aparılıb və mövcud problemlərin vaxtında aradan qaldırılması barədə tapşırıqlar verilib.

Görüşdə həmçinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ərazilərdə iməciliklərin və bayram tədbirlərinin təşkili məsələləri də müzakirə olunub.

Şərh Yaz