Üçtərəfli imzalanan Bəyanat illərlə davam edən işğala son qoydu

Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya- Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri əhatə edir.

Bəyanat imzalandıqdan sonra Ölkə Başçımız xalqa müraciət edərək bildirib: “Mən imzalanma mərasimindən sonra bu bəyanatı olduğu kimi Azərbaycan xalqının diqqətinə çatdırıb bir daha göstərdim ki, bizim bütün işlərimiz şəffafdır. Mən xalqın gözü qarşısında böyük qurur hissi ilə bu bəyanatı imzalamışam”.

30 illik işğal ərzində həmin ərazilərdə erməni vandalizminin izləri görünür. Bu ərazilərdə vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir. Gələcək naminə tərəflərin regionun təhlükəsiz, pronozlaşdırılan və geniş miqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik.

Azərbaycanın mövqeyi tam aydındır. Azərbaycan sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırdır.

Bu gün işğaldan azad olunmuş torpaqlarda fəal şəkildə bərpa işləri davam edir. Artıq genişmiqyaslı bərpa proqramına start verilib. Qısa zaman ərzində milyondan çox insan həmin ərazilərə qayıdacaq. Müharibə onu göstərdi ki, ədalət gec ya da tez Zərəf çaldı.

İlham Əliyev -“ Bu gün qürur hissi ilə deyə bilərik ki, Şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik. Müzəffər Xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq. Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbiçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim ürəyimizdə əbədi yaşayacaq”.

Ulu öndərimizin davamçısı olan Prezidentimiz İlham Əliyevin uğurlu siyasətilə dünyada və regionda öz güc məkəzini yaradacağına inanırıq.

Günel Muradova,

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin İngilis dili müəllimi

Şərh Yaz