Qazi işlə təmin olunub
Azərbaycanda son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonrakı dövrdə də ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.
İsmayıllıda da şəhid ailələri və müharibə iştirakçıları daim diqqətdə saxlanılır. Onların işlə təmin olunmasına köməklik göstərilir. Bu yaxınlarda daha bir Vətən müharibəsi qazisi – Məmmədov Hasil Əsgər oğlu dövlət qulluğuna qəbul edilərək, Qoşəkənd kənd İƏD-i üzrə nümayəndəlikdə işlə təmin olunub.
H.Məmmədov ona göstərilən etimada görə minnətdarlığını ifadə edib.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.