İstisuda sakinlərlə görüş
İsmayıllı rayonunda rayon rəhbərliyinin mütəmadilik, səmimi şəraitdə yerlərdə keçirdiyi görüşlər davam edir.
İstisu kəndində keçirilən görüşdə RİH-nin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Qəbulda iştirak edən kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilib, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində araşdırmalar aparılıb, müvafiq tapşırıqlar verilib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərin ölkə rəhbəri tərəfindən tapşırıldığını bilirlər. Elə buna görə də görüş iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
“İsmayıllı xəbərləri”