Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş

Respublikanın hər yerində olduğu kimi İsmayıllıda da şəhid ailələri daim diqqətdə saxlanılır, mütəmadi olaraq görüşlər təşkil olunur.

Bizə zəfər bəxş edən vətən oğullarının ailələri ilə növbəti görüş İsmayıllı şəhər 4 saylı tam orta məktəbində təşkil olunub.

Görüşdə RİH-nin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəbin pedaqoji kollektivi iştirak edib.

Görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən Vətən oğullarının əziz xatirəsi ehtiramla yad edilib, Dövlət himni səsləndirilib.

Görüşdə iştirak edənlər ikinci ilini qeyd etdiyimiz Zəfəri bizə bəxş edən Vətən oğullarının döyüş yoluna nəzər salıb. Qeyd olunub ki, 30 illik torpaq həsrətinə Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli siyasəti ilə müəzəffər ordumuz son qoyaraq dünya təqvimində yeni bir günə “Zəfər Günü”nə imza atıb.

Şəhid ailələri təşkil olunan bu görüşlərin onlara göstərilən diqqət və qayğı kimi qiymətləndirdiklərini qeyd ediblər.

Daha sonra məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub. Vətənə, orduya, bayrağa həsr olunmuş şeirlər, musiqilər səsləndirilib. Sonda xatirə şəkli çəkilib.

Şərh Yaz