Valideynləri məlumatlandırmaq, gənc nəslin pis vərdişlərdən uzaq tutmaq

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təhsildə innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş “Məktəblim” mobil tətbiqinin İsmayıllı rayonunda rəsmi açılış mərasimi keçirilib.

Layihə təhsilimizin inkişafına dəstək vermək, yeni innovasiyalar vasitəsi ilə valideynləri məlumatlandırmaq və yetişən gənc nəslin pis vərdişlərdən uzaq tutularaq, təhsilinə nəzarət etmək niyyəti ilə hazırlanıb.

Layihənin açılış mərasimi 29 oktyabr tarixində İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində təşkil edilib. Açılış mərasimi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra start götürüb.

Layihə rəhbəri Xəzri Muradov qonaqları salamlayaraq layihənin detallı təqdimatına keçid edib. Layihənin ilkin yaradılma mərhələsindən və bu günə kimi keçdiyi uzun bir yoldan danışan layihə rəhbərinin çıxışı  böyük maraqla qarşılanıb. Müəllim və valideynlərin qeydiyyatı, şagirdlərin qiymətləndirilməsi və şərhlərin yazılması prosesinə tam aydınlıq gətirilib.

Sonra proqramın yaradılmasında böyük rolu olan Elmir Zahidli işin texniki tərəflərini detallı izah ed. Müəllim və valideynlərin qeydiyyatına, şagirdlərin qiymətləndirilməsi və şərhlərin yazılması prosesinə tam aydınlıq gətirilib.

Daha sonra isə layihənin sosial tərəfdaşı olan İsmayıllı Regional Gənclərin Resurs Mərkəzininb direktoru Azad Manaflı bundan sonrakı mərhələdə müəllimlərə hansı imkanlar yaradılacağı, valideynlərin layihədən necə yararlanacağı və təhsilimizə nəzarət edərək təkmilləşəcəyini auditoriyanın diqqətinə çatdırıb. Tədbir müəllim və valideynlərin suallarını cavablandırmaqla davam edib.

Qeyd edək ki, layihənin açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin əməkdaşları və məktəb direktorları da iştirak edib. Layihə ilə ətraflı məlumatlandırılmdan sonra qonaqlarla xatirə şəkli çəkilib.

 

Şərh Yaz